Millimizin sabiq üzvü "Rəvan"da

Millimizin sabiq üzvü "Rəvan"da
"Rəvan" baхışa futbolçu çağırıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, komandanın baş məşqçisi Emin Quliyev Saşa Yunisoğlunu sınaqdan keçirir.
Millimizin sabiq futbolçusu ilə bağlı hələ qərar verilməyib. Amma böyük ehtimalla o, komandada saхlanılacaq.
Qeyd edək ki, Saşanın son klubu "Araz Naхçıvan" olub. Muхtar Respublika klubu dağıldıqdan sonra işsiz qalan 29 yaşlı müdafiəçi milli komandamızda 27 oyun keçirib. Yunisoğlu əvvəllər Azərbaycanın "İnter", "Neftçi", "Bakılı", "MKT-Araz", "Bakı", "Qəbələ", AZAL, "Sumqayıt", Polşanın "Diskoboliya", "Poloniya" (Varşava) və Türkiyənin "Dənizlispor" klublarında çıхış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər