Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit mərhələsində 2-ci qrupun oyunlarına yekun vurulub. Fanat.az хəbər verir ki, Bakıda təşkil olunan qrupun son turunun oyunları eyni saatda - 16.30-da başlayıb.
Azərbaycan millisi "Bakcell Arena"da Serbiyanı sınağa çəkib. Komandamız 0:4 hesabı ilə yenilib. Xorvatiya isə "Bakı"nın təlim-məşq bazasının stadionunda Portuqaliyanı 1:0 hesabı ilə udub.
Qeyd edək ki, ilk iki turda Xorvatiyaya 0:4, Portuqaliyaya 0:3 hesabı ilə yenilən Azərbaycan millisi 10 qol buraxsa da, nə rəqib qapısına yol tapıb, nə də xal qazanıb. Hər 3 oyunda qələbə qazanan Xorvatiya 9 хalla qrupu lider kimi başa vurub.
Avropa çempionatı
Elit mərhələ
2-ci qrup, III tur
Azərbaycan - Serbiya 0:4
Qollar: Tomislav Todoroviç, 20. Aleksandar Stanisavlyeviç, 28. Zehrudin Mehmedoviç, 46. Milan Panoviç, 77-pen.
Azərbaycan: 12. Kamran İbrahimov, 3. Anton Krivotçuk, 4. Elvin Dəmirov, 6. Əzəmət Ələkbərli, 7. Nicat Süleymanov (k), 9. Qara Qarayev, 14. Kənan Zülfüqarov, 15. Firuddin Mövsümov, 16. Ravil Yusifli, 17. Famil Camalov, 18. Səid İbadov.
Baş məşqçi: Mirbağır İsayev.
Serbiya: 12. Marko İliç, 4. Nikola Peyoviç, 5. Dominik Dinqa (k), 7. Tomislav Todoroviç, 10. Zehrudin Mehmedoviç (18. Nikola Qajiç, 73), 11. Stefan İliç, 13. Luka Cokiç (9. Milan Panoviç, 63), 14. Yovan Nişiç, 15. Aleksandar Stanisavlyeviç, 16. Erhan Maşoviç, 17. Petar Miliç.
Baş məşqçi: Deyan Qovedariça.
Sarı vərəqələr: Kənan Zülfüqarov, 22. Anton Krivotçuk, 31. Əzəmət Ələkbərli, 57.
"Bakcell Arena".
Xorvatiya - Portuqaliya 1:0
Qol: Nikola Moro, 42.
"Bakı"nın təlim-məşq bazasının stadionu.
| № | Komanda | O | Q | H/H | M | T/F | X |
| 1 | Xorvatiya | 3 | 3 | 0 | 0 | 8-0 | 9 |
| 2 | Portuqaliya | 3 | 1 | 1 | 1 | 3-1 | 4 |
| 3 | Serbiya | 3 | 1 | 1 | 1 | 4-3 | 4 |
| 4 | Azərbaycan | 3 | 0 | 0 | 3 | 0-11 | 0 |
Fanat.az