Millimiz rəqiblərini geridə qoydu

Millimiz rəqiblərini geridə qoydu
Futzal üzrə yığma komandaların növbəti reytinq cədvəli açıqlanıb. Fanat.az хəbər verir ki, Azərbaycan millisi mövqeyini qoruyub.
Ötən ay heç bir oyun keçirməyən yığmamız 14-cü pillədə qərarlaşıb. Komandamızın aktivində 1354 хal var.
AVRO-2016-nın pley-off mərhələsində yığmamızın rəqibi olan Slovakiya 1219 fxalla siyahının 23-cü pilləsində yer alıb. DÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizdən Xorvatiya və Belarus da ən güclü 25 komanda arasında yer alıblar. Balkanlılar 1340 xalla dünyanın 15-ci komandasıdı. Belaruslular isə 1230 xalla 22-ci pillədə yer alıb.
Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir - 1922 xal. Braziliyanın 1910 xalla 2-ci olduğu reytinqin 3-cü pilləsində Rusiya yer alıb - 1746 xal.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər