Milli komandamızda yeni qapıçı

Milli komandamızda yeni qapıçı

Milli komandamızın heyətində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, Berti Foqts Səlahət Ağayevi heyətdən çıxarıb.

Buna səbəb qolkiperin zədəsi olub. Belə ki, "İnter"in qapıçısı Premyer Liqanın III turunda AZAL-la keçirilən oyunun 10-cu dəqiqəsində zədələnərək meydanı tərk etmişdi. Ağayevin zədəsi sağalmadığından millidən kənarlaşdırılıb.

Artıq Foqts düşərgəyə yeni qapıçı dəvət edib. Belə ki, "Bakı"nın qapıçısı Aqil Məmmədov İsraillə oyunun hazırlıqlarına qatılıb. Onunla yanaşı, Kamran Ağayevlə Anar Nəzirov da düşərgədədi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər