Milinko Pantiç: "Hamı hər şeyi gördü"

Milinko Pantiç: "Hamı hər şeyi gördü"
Milinko Pantiç "Neftçi" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi komandasından razı qalıb:
"Bu cür gözəl oyundan sonra ancaq sevinmək olar. Həm fiziki, həm də mənəvi cəhətdən rəqibi üstələdik. İkinci hissədə azlıqda qalsaq da, yenə də qələbə qazana bildik. Klubumuzun prezidenti də oyunu izləyirdi. Komanda hələ təzə qurulur, öz üzərimizdə işləməliyik. Bu qələbə unudulmalı, qarşıdakı oyunlara köklənməliyik. Cavid Hüseynovun meydandan qovulmasını şərh etmək istəmirəm. Hamı hər şeyi hamı öz gözləriylə gördü. Onu deyə bilərəm ki, biz hətta azlıqda qaldıqdan sonra da rəqibdən pis təsir bağışlamadıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər