İspaniya çempionatının ikinci liqasında VII turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Kadis" doğma meydanda "Real Ovyedo" ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:2. İsrafilov start heyətdə meydana çıxıb. O, matçın 84-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.
Qeyd edək ki, "Kadis" 7 turdan sonra 8 xalla 22 klub arasında 10-cu pillədə qərarlaşıb.
Fanat.Az