Mətbuat işçiləri arasında velosiped yarışı keçiriləcək

Mətbuat işçiləri arasında velosiped yarışı keçiriləcək
22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında "Media Kuboku" yarışı keçirəcək. Fanat.az xəbər verir ki, turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, fotoqraf və s.) iştirak edə bilər.
Məkan: Velopark (Şıxov)
Başlama vaxtı: 22 iyul, saat 18:00
Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq. "Media Kuboku"nda iştirak etmək istəyənlərdən xahiş olunur ki, qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürsünlər. Qalibləri Azərbaycan Velosiped İdmanı Federasiyası, "Coca-Cola" şirkəti və "2 Təkər" velosiped mağazasından qiymətli hədiyyələr gözləyir.
Velosiped və baş geyimi olmayanlar federasiya tərəfindən zəruri avadanlıqlarla təmin ediləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər