Məşqçilər Komitəsinin üzvləri klublarımızı izləyəcək

Məşqçilər Komitəsinin üzvləri klublarımızı izləyəcək
AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycanı avrokuboklarda təmsil edən "Qarabağ", "Neftçi", "İnter" və "Qəbələ" klublarının oyunlarını izləyəcək. Bu barədə "Report"a komitə sədri Vaqif Sadıqov məlumat verib.
O bildirib ki, Çempionlar Liqasının II təsnifat mərhələsində son Azərbaycan çempionu "Qarabağ"ın Çernoqoriya "Rudar"ı ilə qarşılaşmasını Böyükağa Hacıyev izləyəcək. Avropa Liqasının I təsnifat mərhələsində Monteneqroda baş tutacaq "Mladost" - "Neftçi" görüşünə baxmağa Ağasəlim Mircavadov gedəcək. 
Bakıda və Qəbələdə keçiriləcək "İnter" - "Laçi" (Albaniya) və "Qəbələ" - "Dinamo" (Tiflis) oyununu isə Vaqif Sadıqov və Şakir Qəribov izləyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər