“Bizi çətin oyun gözləyir. İlk növbədə qol buraxmamağa çalışmalıyıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Xuan Alberto Melli deyib.
Avropa Liqasında ölkəmizi təmsil edən paytaxt klubu sabah I təsnifat mərhələsinin cavab matçına çıxacaq. “Neftçi” Bakıda qollu (2:2) heç-heçə etdiyi Çernoqoriya təmsilçisi “Mladost”la bu dəfə səfərdə üz-üzə gələcək.
Qarşılaşma ilə bağlı klubun rəsmi saytına fikir bildirən Melli mərhələ adlamağın yollarından danışıb: “Müdafiədə ağıllı oynayıb, sadə səhvlər etməməliyik. Çünki qol vurmaq ucun şanslarımız olacaq. Qapımızın toxunulmazlığını qoruyub, əlimizə düşən imkanların birindən istifadə edə bilsək, bu bizə mərhələ adlamağa kifayət edəcək”.
Qeyd edək ki, “Mladost” - “Neftçi” oyunu sabah Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Fanat.az