Mahir "fərqləndi", komandası darmadağın oldu

Mahir "fərqləndi", komandası darmadağın oldu

Türkiyə PTT 1-ci liqasında XXV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" da növbəti matçına çıxıb.

İzmir klubu səfərdə "Samsunspor"la qarşılaşıb. Matç Mahirin klubunun 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir sonadək mübarizə aparıb. O, 45-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb. "Samsunspor"un heyətində isə "Xəzər Lənkəran"ın iki sabiq üzve - Mbilla Etame və Qalin İvanov ilk "11-lik"də yer alıb. Hər iki futbolçu 90 dəqiqə oynayıb. Etame 26-cı dəqiqədə komandasının ilk qolunu vurub. İvanov 15-ci, Mbilla 68-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Samsunspor" 25 turdan sonra 40 xalla turnir cəvəlinin 7-ci, "Karşıyaka" 36 xalla 8-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər