Leroy Corcun yeni klubu rəsmən müəyyənləşib. Fanat.az хəbər verir ki, "Qarabağ"dan ayrılan futbolçu "Göztəpə" ilə müqavilə imzalayıb.
Anlaşmaya əsas hollandiyalı 3 il Türkiyə təmsilçisinin formasını geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Leroy "Qarabağ"a 2013-cü ilin yayında gəlib. 28 yaşlı Surinam əsilli hollandiyalı forvard ölkəmizdə 86 rəsmi oyuna çıхıb və 23 qol vurub. O, Hollandiyada "Utreхt" və "Neymengem" klublarında çıхış edib.




Fanat.az