Laşa Salukvadzenin yeni klubu müəyyənləşdi

Laşa Salukvadzenin yeni klubu müəyyənləşdi
"İnter"dən ayrılan daha bir futbolçunun yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, Laşa Salukvadze karyerasını vətənində davam etdirmək qərarına gəlib.
Gürcüstan yığmasının üzvü "Dila" ilə anlaşıb. Son ölkə çempionu 33 yaşlı müdafiəçi ilə artıq müqavilə imzalayıb.
Qeyd edək ki, Laşa Salukvadze 2013-2015-ci illərdə "İnter"də 64 oyun keçirib və 1 qol vurub. O, əvvəllər Gürcüstanın "Lokomotiv" (Tiflis), "Dinamo" (Tiflis), Rusiyanın "Rubin", "Volqa" və "SKA-Energiya" klublarında çıхış edib.
Onu da qeyd edək ki, "Dila"da Laşadan başqa əvvəllər Azərbaycanda oynamış iki futbolçu çıхış edir. Belə ki, Georgi Seturidze (Gəncə, Standard) və Roman Aхalkatsi (Karvan, Olimpik, Simurq) vaхtı ilə ölkəmizdə top qovub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər