Klub prezidenti mafiadan danışdı

Klub prezidenti mafiadan danışdı

"Mən "Fənərbaxça"lıları sevirəm. Gedib onlarla birgə çay içirəm, söhbət edirəm. Mənə "səni sevirik prezident" deyirlər. Fanat.az xəbər verir ki, bu sözləri "Trabzonspor"un prezidenti İbrahim Hacıosmanoğlu Türkiyə mətbuatına müsahibəsində deyib.

Hacıosmanoğlu jurnalistin "Adınızı "google"-da yazanda qarşısında mafia sözü çıxır. Niyə?" sualına bu cür cavab verib:

"Hər halda görünüşümüz sərtdi. Ona görə olar yəqin. İndi gülməyən, sərt bir adam bu ölkədə söz deyilməyəcək qurumlara, insanlara söz deyir. İctimaiyyət bunu mafia olaraq dəyərləndirir. Bizim tərəflərdən mafia çıxmaz. Mafia narkotik satanlara, qadın satanlara deyirlər. O süzlə mənim adımın yanaşı çəkilməsi təbii ki, məni də narahat edir".

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər