“Kiçik qardaş”la Salukvadzesiz və Səlahətsiz

“Kiçik qardaş”la Salukvadzesiz və Səlahətsiz

 “İnter”in gürcü müdafiəçisi Laşa Salukvadze Bakıya qayıdıb. “Qarabağ”la oyunun 51-ci dəqiqəsində zədələnən və vətəninə yollanan arxa xətt oyunçusu artıq düşərgədədi.

AZAL-la oyunda rəqib futbolçu ilə toqquşmadan sonra qulağından qan gələn və yerini 10-cu dəqiqədə gürcü qapıçı Georgi Lomayaya buraxan Səlahət Ağayevin vəziyyəti isə yaxşıdı. Sözügedən oyunçular qarşıdakı turda “Simurq” önünə çıxa bilməyəcək. Ancaq hər 2 futbolçunun sentyabrın 12-də baş tutacaq “Neftçi” ilə derbidə meydanda olmaq şansı böyükdü.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər