Türkiyənin PTT 1-ci liqasında XXV turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" Rail Məlikovun forma geyindiyi "Dənizlispor"un qonağı olub.
Kamran start heyətində yer alıb və 90 dəqiqə oynayıb. 9-cu dəqiqədə Tsvetan Genkov millimizin qapıçısını məyus etsə də, onun komandası ikinci yarıda 3 qol vuraraq qələbə qazanıb - 3:1. Railin adı matçın "18-liy"inə salınmayıb.
Qeyd edək ki, "Kayserispor" 25 turdan sonra 53 хalla turnir cədvəlinə başçılıq edir, "Dənizlispor" isə 21 хalla 17-ci pillədə qərarlaşıb.
Fanat.az