Kamran Ağayev rəsmən türk klubunda - FOTO

Kamran Ağayev rəsmən türk klubunda - FOTO
Kamran Ağayevin yeni klubu rəsmən müəyyənləşib. Fanat.az хəbər verir ki, millimizin qapıçısı Türkiyənin "Karşıyaka" klubuna keçib.
Bu barədə PTT 1-ci liqa təmsilçisi rəsmi açıqlama yayıb. Klub Kamranla bir illik müqavilə bağlayıb. Qolkiper bu gün Boluya yollanaraq komandanın hazırlıqlarına qatılacaq.
Kamran Ağayev rəsmən türk klubunda - FOTO
Qeyd edək ki, "Karşıyaka" İdman Klubu 1912-ci ildə yaradılıb. 103 yaşlı klubun tərkibində futbolla yanaşı, basketbol, voleybol və başqa komandalar fəaliyyət göstərir. "Karşıyaka" indiyədək Super Liqada 16, 1-ci liqada 33, 2-ci liqada 9 mövsüm keçirib. Komandanın baş məşqçisi Cüneyt Dumlupınardı. O, ötən mövsüm "Kayserispor"da Kamranın baş məşqçisi olub. Ötən mövsüm Mahir Şükürov "Karşıyaka"da çıхış edib.
29 yaşlı Kamran bundan əvvəl "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ" və Türkiyədə "Kayserispor" klublarının formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər