Kamran Ağayev: "Səfərə qələbə üçün gedirik"

Kamran Ağayev: "Səfərə qələbə üçün gedirik"

 Milli komandamız DÇ-2014-ün seçmə mərhələsində İsrail yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda bir araya gəlib. Fanat.az xəbər verir ki, millinin qolkiperi Kamran Ağayev səfərə qələbə üçün yollandıqlarını bildirib:

“Özümüzü yaxşı hiss edirik. Səfərə qələbə qazanmaq üçün yollanırıq. Buna hazırıq. İsrail millisi elə komandadır ki, qalib gəlmək olar. Bu gün rəqib haqda deyil, öz oyunumuz barədə düşünürük. Çünki rəqib haqda fikirləşsək, bizə daha çətin olar. Vacib olan öz oyunumuzun uğurlu alınmasıdı. Yenə deyirəm, İsrailə qələbə qazanmaq üçün gedirik, qələbə qazanmalıyıq da”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər