İsrail yarımcan hazırlaşır

İsrail yarımcan hazırlaşır

İsrail yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyunun hazırlıqlarını sürdürür. Fanat.az xəbər verir ki, sentyabrın 7-də Ramat Qanda millimizi qəbul edəcək yəhudilərin heyətində itkilər var.

 Eyni zamanda, düşərgəyə dəvət olunanladan da dördü ilk məşqə qatılmayıb. Bunlar qapıçı Dudu Avat (Malyorka, İspaniya), müdafiəçi Tal Ben-Haim (Standard, Belçika), yarımmüdafiəçilər Bibras Natxo (Rubin, Rusiya) və Lior Rafaelovdu (Brügge, Belçika). Ancaq sadalananların qarşıdakı oyunu buraxmaq ehtimalı çox azdı.

 Zədəsinə rəğmən, millinin düşərgəsində saxlanılan və həkimlərin ciddi səylə sıraya qaytarmağa çalışdıqları yarımmüdafiəçi Maor Meliksonun Azərbaycanla görüşdə meydana çıxmaqşansı artıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər