İsrail mətbuatı "ağlaşma qurub"

İsrail mətbuatı "ağlaşma qurub"

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində dünən millimizlə Ramat Qanda üz-üzə gələn İsrailin 1 xalla kifayətlənməsi yerli mətbuatı özündən çıxarıb.

Fanat.az xəbər verir ki, yəhudi həmkarlarımız Berti Foqtsun komandasının “ağ-mavilər”in Braziliyaya yollanmaq arzusunu gözündə qoyduğunu acı təəssüflə vurğulayıb: “İndi Braziliyadakı mundial haqda necə fikirləşək? Azərbaycan şanslarımızı dəfn etdi. Evdəki bərabərlik arzuların sonu anlamına gəldi. Zəif rəqiblə öz meydanımızdakı matçda 1 xalı zülümlə vurulan cavab qolu ilə qazanırıqsa, Rusiyada nələrin baş verəcəyini düşünmək belə qorxuludu”.

Rusca dərc olunan "Kuryer" qəzetində isə "Bu bərabərlik alçaldıcı idi. Başqa nə ad verək?" fikrinə rast gəldik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər