İspaniya nəhəngi Le Normanla razılığa gəldi

İspaniya nəhəngi Le Normanla razılığa gəldi

"Atletiko Madrid" yeni futbolçu transferini reallaşdırmaq üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə Madrid təmsilçisinin "Real Sosyedad"ın müdafiəçisi Roben Le Normanın keçidini həll etdiyini, 27 yaşlı yaşlı oyunçunun transferinin yaxın vaxtlarda ictimaiyyətə rəsmən açıqlanacağını bildirib. 

Qeyd edək ki, Le Norman 2019-cu ildən "Real Sosyedad"ın formasını geyinir. O, son mövsümdə La Liqada 29 matça çıxaraq 2 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər