İspaniya İsveçrədə Olmosuz oynayacaq

İspaniya İsveçrədə Olmosuz oynayacaq

İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunun İsveçrə yığması ilə oyununda iştirak etməyəcək.

Fanat.Az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu zədə səbəbindən matçı buraxacaq.

Olmo Serbiya seçməsinə qarşı Millətlər Liqasının ilk turunda keçirdikləri oyunda (0:0) zədələnib. 

26 yaşlı yarımmüdafiəçi yay transfer pəncərəsində 55 milyon avro və müxtəlif bonuslar qarşılığında “Leyptsiq”dən “Barselona”ya keçib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər