İspaniya Aqollili müdafiəni yara bilmədi- DÇ-2018

İspaniya Aqollili müdafiəni yara bilmədi- DÇ-2018

Albaniya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində dünən səfərdə İspaniya ilə qarşılaşıb. Fanat.Az xəbər verir ki, meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə bitən oyunda "Qarabağ"ın müdafiəçisi Ansi Aqoli də iştirak edib.

O, oyunun ikinci yarısında meydanda olub. Maraqlıdı ki, Ansi oynadığı dəqiqələrdə "buğalar" albanları cəzalandırmayıb. Bütün qollar oyunun ilk yarım saatı ərzində qeydə alınıb. Rodriqo 19, İsko 24, Tyaqo Alkantara 27-ci dəqiqədə fərqlənib. Qələbə sayəsində İspaniya dünya çempionatına vəsiqə qazanıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər