Məşhur müğənni İbrahim Tatlısəs Emmanuel Emenikedən narazı qalıb. Fanat.az xəbər verir ki, "Fənərbaxça" azarkeşi olan "İmperator" ləqəbli sənətçi nigeriyalı futbolçunun sevimli klubuna transferinin səbəbini anlamadığını bildirib.
"Twitter"də dünən "Sivasspor" üzərində 5:2 hesablı qələbə qazanan "Fənərbaxça"nın oyununu şərh edən Tatlısəs Emenikenin bərbad oynadığını deyib: "Emenikeni bizə kim sırışdırdısa təbrik edirəm. Nə var bu adamda hələ də anlamıram. Hərçənd biz göndərib, yenə də biz almışıq".
Fanat.az