Həmyerlimiz dünya çempionu oldu- VİDEO

Həmyerlimiz dünya çempionu oldu- VİDEO

Braziliyanın Rio de Janeyro şəhərində cüdo üzrə dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki,  yarışların altıncı günündə Azərbaycan yığması daha bir medala sahib olub.

Belə ki, milli komandamızın heyətində Orxan Səfərovun (60 kq) “bürünc” qazanmasından sonra Elxan Məmmədov da fəxri kürsüyə yüksəlməyi bacarıb. 

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla Dominik Dyuqassen (Seyşel), Or Sasson (İsrail), David Alarza (İspaniya) və Takaşi Onoya (Yaponiya) qalib gələrək, finala yüksəlib.

Qızıl medal uğrunda görüşdə isə Elxan hollandiyalı Henk Qrola qalib gələrək, dünya çempionu olub.

Xatırladaq ki, hər iki idmançımız "Neftçı" İSM-in yetirməsidi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər