Güləç səviyyəsinə uyğun komanda tapdı

Güləç səviyyəsinə uyğun komanda tapdı

Bu yay “Xəzər Lənkəran”dan ayrılan Gökhan Güləç özünə yeni klub tapıb. Fanat.az xəbər verir ki, türkiyəli hücumçu karyerasını vətənində - “İnegölspor”da davam etdirəcək. 

Forvard 1-ci liqa klubuyla 3 illik anlaşma imzalayıb.  Lənkəran klubuna bu ilin yanvarında gələn Gökhanın 10 çempionat və 2 kubok qarşılaşmasında meydana çıxdığını, 2 dəfə rəqib qapılarına yol tapdığını diqqətinizə çatdıraq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər