Georgi Çixradze "İnter"lə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un gürcü baş məşqçisi komandasından razı qalıb:
"Çətin və maraqlı oyun oldu. Son iki oyunda məğlub olmuşduq, qara zolaqdan çıxmaq üçün bizə qələbə lazım idi. Standard vəziyyətdən buraxdığımız qol bizi ikinci hissədə dəyişikliklər etməyə məcbur etdi. Oyunçular verilən tapşırıqların öhdəsindən gəldi, komandamı təbrik edirəm".
Fanat.az