Fərid Quliyev 19 dəqiqə oynadı

Fərid Quliyev 19 dəqiqə oynadı
Türkiyənin PTT 1-ci liqasında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Fərid Quliyevin çıxış etdiyi "Kahramanmaraşspor" bu gün "Şanlıurfaspor"un qonağı olub.
Oyun "Kahramanmaraşspor"un 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Kahramanmaraş təmsilçisinin baş məşqçisi Besim Durmuş Fəridə yenə start heyətində şans verməyib. Futbolçumuz 71-ci dəqiqədə Şahinali Terzinin yerinə meydana çıxıb.
Fərid bundan əvvəlki iki oyunda meydana sonradan çıxıb. "Bucaspor"la matçın 83-cü dəqiqəsində meydana çıxan futbolçumuz "Ankaraspor"la görüşün 87-ci dəqiqəsində mübarizəyə qoşulub.
Qeyd edək ki, "Kahramanmaraşspor" 3 turdan sonra 1 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər