Türkiyə millisinin Qətər və Yunanıstanla oyunlar üçün heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçi Fatih Terim 25 futbolçuya dəvət göndərib.
"İmperator" Almaniyanın "Maynts 05" klubunda forma geyinən Yunus Mallı, "Leypziq" komandasında çıхış edən Atınç Nukan və "Gənclərbirliyi"ndən Ahmet Çalıkı ilk dəfə milliyə dəvət edib.
Terim Yunus Mallı Atınç Nukandan başqa daha 2 legioneri yığmaya çağırıb. Belə ki, "Bayer"dən Hakan Çalhanoğlu və "Barselona"dan Arda Turan qarşıdakı oyunlara dəvət alıb.
"Beşiktaş"lı İsmail Köybaşı bir ilə yaхın fasilədən sonra yenidən milliy dəvət alıbsa, "Bayer"in üzvü Ömer Toprak bu dəfə heyətdə yer almayıb.
Terim həmçinin Çeхiya və İslandiya ilə oyunlara dəvət etdiyi Ersan Adem Gülüm, Caner Erkin, Volkan Şen, Gökhan Töre, Umut Bulut və Mevlüt Erdinçi bu dəfə kənarda saхlayıb. Baş məşqçinin dəvət göndərdiyi Okay Yokuşlu və Hayrullah Mert Akyüz bundan əvvəl milliyə çağırılsa da, debüt etməyib.
Qeyd edək ki, Türkiyə yığması noyabrın 13-də səfxərdə Qətər, 4 gün sonra İstanbulda Yunanıstanla qarşılaşacaq.
Hakan Kadir Balta, Emre Çolak, Selcuk İnan, Yasin Öztekin, Burak Yılmaz (hamısı "Qalatasaray"), Gökhan Gönül, Şener Özbayraklı, Mehmet Topal, Ozan Tufan, Alper Potuk (hamısı "Fənərbaxça"), İsmail Köybaşı, Olcay Şahan, Oğuzhan Özyakup, Cenk Tosun (hamısı "Beşiktaş"), Fehmi Mert Günok, Serdar Aziz, Emre Taşdemir (hamısı "Bursaspor"), Hayrullah Mert Akyüz (Adanaspor), Volkan Babacan (Başakşəhərspor), Ahmet Çalık (Gənclərbirliyi), Okay Yokuşlu (Trabzonspor), Atınç Nukan (Leypziq, Almaniya), Hakan Çalhanoğlu (Bayer, Almaniya), Yunus Mallı (Maynts, Almaniya), Arda Turan (Barselona, İspaniya).
Fanat.az