Türkiyə yığmasının baş məşqçisi Fatih Terim Rumıniya ilə qarşılaşmadan öncə mətbuat qarşısına çıxıb. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis final mərhələsinə çıxmaq şanslarının az olmasını bildirib:
"Düzdü, Rumıniyanı məğlub etməklə hər şey bitmir. Ancaq əvvəlcə bu oyunda qələbə qazanaq, sonra Estoniya və Hollandiya ilə matçı düşünərik. Hər kəs Rumıniya ilə oyunda uduzmaq qorxusunu qazanmaq arzusuna döndərə bilən bir milli komanda görəcək. Qrupdan çıxmaq şansımız çox az görünür. Ancaq möcüzə deyilən bir şey var. Həm də oyunçularımın heçnədən çəkinəcəyi yoxdu”.
Fanat.az