Fatih Terimin Andorra ilə matçda geyindiyi kostyumun maraqlı tarixçəsi var. Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin kostyumu "Ceyms Bond" filimləri seriyasının İstanbulda çəkilən "Skyfall" adlı seriyasında baş rol oyunçusu Daniel Krayq geyinib.
Tom Ford imzalı kostyumun qiyməti də olduqca böyükdü. Belə ki, Fatih Terim bu geyim üçün 11 min lirə (5.5 min manat) xərcləməli olub.
Fanat.az