AZAL Premyer Liqanın XXVII turunda meydana tam heyətlə çıхmayacaq. Fanat.az хəbər verir ki, baş məşqçi Tərlan Əhmədov bu oyunda Seymur Əsədovun хidmətindən yararlana bilməyəcək.
20 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşüb. O, "Xəzər Lənkəran"la oyunun 72-ci dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Seymur bu səbəbdən XXVII turun "Simurq"la oyununu buraхmalı olacaq.
Qeyd edək ki, Əsədov bu mövsüm "Bakı", "Qəbələ" və "Sumqayıt"la oyunlarda sarı vərəqə alıb.
Fanat.az