Erik Ramos: "İstərdim ki, bir az səbrli olsunlar"

Erik Ramos: "İstərdim ki, bir az səbrli olsunlar"
"İnter"lə oyunun çətin keçəcəyini bilirdik. Azlıqda qalmağımız oyunumuza mənfi təsir göstərdi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Erik Ramos deyib.
Azarkeşlərin komandadan qələbə gözlədiyini bildirən paraqvaylı futbolçu hücumda istənilən oyunu nümayiş etdirə bilmədiklərini söyləyib: "Komandamız yeni qurulub. Azarkeşlərin bizdən qələbə gözlədiyini bilirik. Çünki ən çətin anlarda belə yanımızda olurlar. İstərdim ki, bir az səbrli olsunlar. Çempionatda cəmi iki tur oynanılıb. İndidən turnir cədvəlindəki yerimiz barədə qərar vermək çox tezdi. Əsas odu ki, komandamızda birlik və özünəinam var. Əmin ola bilərsiz ki, biz məqsədimizə çatacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər