İngiltərənin "Şeffild Yunayted" futbol klubunun səhmlərinin yarısı Səudiyyə Ərəbistanı kral ailəsinin üzvünə satılıb. Fanat.az xəbər verir ki, klubun sahibi Kevin Makkabe səhmlərin yarısını şahzadə Abdullah bin Əbdülziz Əl-Səudə verib.
Satışla bağlı danışan Makkabe məqsədinin klubu inkişaf etdirmək olduğunu bildirib: "Biz klubu daha üst səviyyəyə yüksəltmək üçün belə bir addım atdıq və səhmlərin yarısını şəhzadə Abdullaha satdıq. Onunla əməkdaşlıq edəcəyimizə görə həyacanlıyıq. O, 10 il ərzində klubumuz üçün yeni və yüksək səviyyəli stadion tikdirəcək, akademiya açıcaq. Kluba 90 milyon avro sərmayə qoymaq niyyətindədi".
Şahzadə Abdullah Səudiyyə Ərəbistanının ən yaxşı klubu hesab olunan "Əl Hilal"ın sabiq prezidentidi. 50 yaşlı şəhzadənin sərvətinin dəyəri 18 milyard avrodu.
Qeyd edək ki, "Şeffild Yunayted" 22 mart 1889-cu ildə yaradılıb. 124 yaşlı klub ev oyunlarını Şeffilddəki "Bramall Lane" stadionunda (32.702 nəfərlik) stadionunda keçirir. David Veyrin başçılıq etdiyi komanda İngiltərəinin səviyyəsində görə üçüncü liqası adlanan "League One"də çıxış edir. "Şeffild Yunayted" cari mövsümün 5 turundan sonra 4 xalla 24 komnada arasında 17-ci yeri tutur.
Fanat.az