Azərbaycanla oyun ərəfəsində İsrailin baş məşqçisi Eli Qutmanın arzusu həyata keçməyib. Fanat.az xəbər verir ki, çalışdırıcı Azərbaycan və Rusiya ilə oyunların hazırlığına braziliyalı yarımmüdafiəçi Qustavo Bokkolini də dəvət etmişdi.
Ancaq İsrailin Xarici İşlər Nazirliyi Qustavoya milli pasport verməkdən imtina edib. Bu üzdən Bokkoli yığmamıza qarşı forma geyə bilməyəcək.
Qeyd edək ki, 1978-ci ildə San Pauloda anadan olan bu futbolçu 2001-ci ildən etibarən İsral klublarında çıxış edir. “Hapoel” (Ramat Qan), “Hakoah” (Ramat Qan), “Makkabi” (Ahi Nazaret) kimi komandaların şərəfini qorumuş “sambaçı” hazırda Hayfa “Makkabi”sinin uğurları üçün tər tökür.
Fanat.az