Elhad da “bankir” oldu

Elhad da “bankir” oldu

“İnter”in  Elhad Nəzirini heyətinə qatmaq istədiyini yazmışdıq. Paraqvaylı David və Sezar Meza Kolli qardaşlarını rənglərinə bağladığını açıqlayan “bankirlər” Elhadla da münasibətləri rəsmiləşdirib. Fanat.az xəbər verir ki, paytaxt klubu hazırda millinin düşərgəsində olan futbolçuyla birillik müqavilə bağlayıb.

Qeyd edək ki, Rumıniyanın “Petrolul” klubundan ayrılaraq vətənə dönən arxa xətt oyunçusu öncə “Rəvan”la müqavilə imzalamışdı. Amma onun məşqlərə məsuliyyətsiz yanaşdığını iddia edən “uçan aslanlar” futbolçu ilə yolları ayırmağı məqsədəuyğun saymışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər