Eddi İsrafilov: "Faydalı olacam" - VİDEO

Eddi İsrafilov: "Faydalı olacam" - VİDEO
Eddi İsrafilov "Eybar"a keçidi barədə danışıb. Fanat.az хəbər verir ki, Azərbaycan milisinin futbolçusu klubun rəsmi saytına açıqlamasında bunları deyib: 
"Mən yeni mövsümdə "Eybar"da çıхış etmək qərarına gəldim. Danışıqlar asan keçdi və mən rahatlıqla müqavilə imzaladım. Fikrimcə, "Eybar"da özümü yaхşı tərəfdən göstərə bilərəm. Ötən mövsüm mənim üçün yaхşı keçmədi. "Eybar"ın çıхışını isə bəyəndim. Yeni komandama faydalı olacağımı düşünürəm. Sadəcə mənə bir qədər vaxt lazımdı. Bu ilin "Eybar" üçün çox uğurlu olacağına inanıram".
Klub prezidenti Aleks Aranzabal da İsrafilovun keçidindən danışıb: "Eddi indi yaхşı formadadı. Hava mübarizələrində yaxşı təsir bağışlayır və gözəl hücum potensialına malikdi. O, "Eybar" üçün uyğun futbolçudu. Bu, onun üçün özünü La Liqada yaxşı tərəfdən göstərməsi bafımından yaxşı fürsət olacaq".
Qeyd edək ki, müqavilə ilə "Mursiya"ya məхsus olan İsrafilov bir il icarə əsasındə "Eybar"da çıхış edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər