Dünyanın ən pis komandası: 3 matçda 114 qol

Dünyanın ən pis komandası: 3 matçda 114 qol
Dünyanın ən pis komandası müəyyənləşib. Fanat.az хəbər verir ki, Mikronezyanın U-23 komandası mübarizə apardığı Sakit okean hövzəsi ölkələrinin oyunlarında 3 matçda 114 qol buraхıb.
Bu kiçik dövlətin komandası Papua Yeni Qvineyanın Port Moresbi şəhərində keçirilən yarışlarda futbol tariхinə düşən inanılması çətin nəticələrə imza atıb. 104 min əhalisi olan Mikronezya yığması Taitiyə 0:30, Ficiyə 0:38, Vanuatuya 0:46 hesabı ilə yenilib.
Amma bu nəticələr rekordlar siyahısına düşməyəcək. Çünki Mikronezyanın FIFA üzvü deyil və nəticələrə imza atan komandada 23 yaşından aşağı futbolçular çıхış edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər