Almaniya II Bundesliqasında XIII tura yekun vurulub. Fanat.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" son turda səfərdə "Nürnberq"in qonağı olub.
Oyun 0:0 hesabı ilə başa çatıb. Start heyətində meydana çıxan Nazarov 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" klubu 13 turdan sonra 16 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fanat.az