“Dənizlispor”un vitse-prezidentini güllələdilər

“Dənizlispor”un vitse-prezidentini güllələdilər

Arif İsayevlə Saşa Yunisoğlunun formasını geydiyi “Dənizlispor”da problemlər tükənmək bilmir. Fanat.az xəbər verir ki, “xoruzlar” yenə bəd xəbər alıb.

Mövsümə pis start verən, ilin sonunadək borclarını ödəməyəcəyi halda, aşağı dəstəyə göndərilmək təhlükəsi olan  PTT liqası təmsilçisinin vitse-prezidenti Mustafa Üstek silahlı hücuma məruz qalıb. Ötən şənbə günorta saatlarında ofisə gələn naməlum şəxs Üstəyi güllələyib. Xoşbəxtlikdən atılan güllələr vitse-prezidentin ayağına dəyib. Dərhal xəstəxanaya çatdırılan funksionerin həyatını itirmək təhlükəsi yoxdu. Onu güllələyən şəxs isə artıq könüllü şəkildə polisə təslim olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər