Türkiyənin PTT 1ci liqasında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Davud Kəriminin çıxış etdiyi "Fethiyespor" "Samsunspor"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Fethiyespor"un baş məşqçisi Mustafa Ceviz Davudu ehtiyatda saxlayıb və qapını Zekeriya Topayana həvalə edib.
Qeyd edək ki, "Qaziantep BB" ilə oyunu yarımçıq dayandırılan "Fethiyespor" 2 matçdan sonra 0 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Fanat.az