Daha bir İspaniya nəhəngi Olmoya "elçi düşdü" - 6 illik təklif

Daha bir İspaniya nəhəngi Olmoya "elçi düşdü" - 6 illik təklif

"Barselona" "Leypsiq"in yarımmüdafiəçisi Dani Olmonu transfer etməyə can atır. 

Fanat.Az "Mundo Deportivo"-ya istinadən xəbər verir ki, ispan futbolçunun müqaviləsindəki 60 milyon avroluq sərbəst qalma bəndi bu gün, iyulun 20-də başa çatacaq.

Mənbənin məlumatına görə, "Barselona" bundan yararlanmaq niyyətindədir və. Avropa çempionunun özü üçün kataloniyalılar 6 illik müqavilə hazırlayıb. Maraqlısı odur ki, bu sövdələşmə İspaniya millisinin daha bir bahalı oyunçusu - "Bilbao Atletiki"ndən Niko Uilyamsın ehtimal olunan müqaviləsinə heç bir şəkildə təsir etməyəcək.

Qeyd edək ki, "Atletiko Madrid" də Olmonu heyətinə qatmağa çalışır. 

Mitağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər