DÇ-2014-ün daha 5 iştirakçısı müəyyənləşdi

DÇ-2014-ün daha 5 iştirakçısı müəyyənləşdi
Dünya çempionatına daha 5 vəsiqənin sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu komandaların adına ötən gün keçirilən oyunlardan sonra aydınlıq gəlib.
Avropa zonasında ilk vəsiqələr İtaliya və Hollandiyaya qismət olub. İtalyanlar Çexiyanı 2:1 hesabı ilə yenərək son 2 matçın nəticəsindən asılı olmayaraq B qrupunun qalibi olub. Andorraya 2 cavabsız qol vuran Hollandiya isə D qrupunda birinciliyi təmin edib.
Cənubi Amerikada Argentina bu hüquqa yiyələnib. Paraqvayı 5:2 hesabı məğlub edən Lionel Messinin komandası Braziliyaya getmək hüququ qazanığb.
KONKAKAF zonasında isə 2 vəsiqənin sahibinin adı məlum olub. Meksika üzərində 2:0 hesabı ilə qalib gələn ABŞ Kosta Rikanın da mundial çıxmasına yardım edib. Sonuncular Yamayka ilə 1:1 hesablı bərabərlik hesabına Braziliyaya vəsiqə qazanıb.
Qeyd edək ki, meydan sahibi Braziliya və bu 5 komandadan başqa Yaponiya, Avstraliya, İran və Cənubi Koreya da mundiala vəsiqə qazanıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər