"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak futbolçu Elnur Allahverdiyevin komandadan qovulmasına dair xəbərlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, uelsli mütəxəssis açıqlamasında Allahverdiyev barədə danışmaq istəmədiyini söyləyib.
"Nəyə görə mən Orxan Sadıqlı, Elnur Abdullayev, Rahid Əmirquliyev və digər yerli oyunçular yox, məhz ondan danışmalıyam? Mətbuat nə yazıbsa, özü bilər" deyə Toşak bildirib.
Qeyd edək ki, Allahverdiyev hazırda İsraildə olan Azərbaycan milli komandasının düşərgəsində yer alıb. O, yerli komanda ilə sentyabrın 7-də keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçına hazırlaşır. Elnurun “Xəzər Lənkəran”dan qovulmasına dair ilk xəbəri “anspress” yayıb. Xəbərdə bildirilir ki, klub millimizin İsraillə oyunundan sonra bu barədə rəsmi açıqlama yayacaq.
lent.az