"Kor insan belə onda xüsusi bir şeylərin olduğunu görə bilər". Fanat.az xəbər verir ki, bu sözləri Qaret Beylin "Real"a transferi barədə danışarkən "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib.
Vaxtı ilə "Real"a başçılıq etmiş uelsli mütəxəssis Beylin transferi dəyərləndirib: "O, güclü, təvazökar və peşəkar oyunçudu. Gəncliyində keçirdiyi zədələr onu daha da qüvvətli edib. Onun 17 yaşında çatdığı səviyyəyə çatmış futbolçu görməmişəm. Beyl Kriştiano Ronaldo və Lionel Messi yaxınlaşır. Neymardan daha yaxşıdı. Əgər bir futbolçuya 100 milyon avro edəcəksə, həmin oyunçu sadəcə Beyl ola bilər".
Fanat.az