Türkiyə Super Liqasında III turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, gecədə 3 qarşılaşma baş tutub.
"Kayserispor" doğma meydanda "Elazığspor"la münasibətlərinə aydınlıq gətirib. Oyundan sonra sevinən tərəf qonaqlar olub - 1:3. Növbəti oyun isə Antalyada keçirilib. "Antalyaspor" "Bursaspor"u qəbul edib və 1:2 hesabı ilə uduzub. Günün daha çox diqqət çəkən oyunu isə Kadıköydə baş tutub. "Fənərbaxça" "doğma divarlar" arasında "Sivasspor"u qonaq edib. Millimizin üzvü Cihan Özkaranın da formasını geydiyi Sivas təmsilçisi məğlubiyyətdən yaxa qurtara bilməyib və 5:2 hesablı darmadağınla üzləşib.
Qeyd edək ki, millinin şərəfini qoruyan Özkara matçın 72-ci dəqiqəsində meydana daxil olub. O, Kadir Bekmezcini əvəzləyib. Oyuna daxil olduqdan 15 dəqiqə sonra millimizin üzvü sarı vərəqə ilə cəzalandırılıb.
Kayserispor - Elazığspor 1:3
Qollar: Dəniz Yılmaz, 16. Ahmet Görk, 25. Özgür Özkaya, 34 - Jaja, 66.
Antalyaspor - Bursaspor 1:2
Qollar: Milan Baroş, 4 - Sebastyan Pinto, 36. Murat Yıldırım, 58.
Fənərbaxça - Sivasspor 5:2
Qollar: Dirk Kuyt, 15; 35. Bruno Alveş, 32. Vebo, 49. Alper Potuk, 89 - Çaheçouhe, 55. Çiçinyo, 83.
| 1. | Beşiktaş | 2 | 2 | 0 | 0 | 6 |
| 2. | Fənərbaxça | 3 | 2 | 0 | 1 | 6 |
| 3. | Kasımpaşa | 3 | 2 | 0 | 1 | 6 |
| 4. | Qalatasaray | 3 | 1 | 2 | 0 | 5 |
| 5. | Karabükspor | 2 | 1 | 1 | 0 | 4 |
| 6. | Əskişəhərspor | 3 | 1 | 1 | 1 | 4 |
| 7. | Elazığspor | 3 | 1 | 1 | 1 | 4 |
| 8. | Bursaspor | 3 | 1 | 1 | 1 | 4 |
| 9. | Gənclərbirliyi | 2 | 1 | 0 | 1 | 3 |
| 10. | Rizəspor | 2 | 1 | 0 | 1 | 3 |
| 11. | Akhisar | 2 | 1 | 0 | 1 | 3 |
| 12. | Trabzonspor | 2 | 1 | 0 | 1 | 3 |
| 13. | Sivasspor | 3 | 1 | 0 | 2 | 3 |
| 14. | Konyaspor | 3 | 1 | 0 | 2 | 3 |
| 15. | Kayserispor | 3 | 1 | 0 | 2 | 3 |
| 16. | Antalyaspor | 3 | 0 | 2 | 1 | 2 |
| 17. | Qaziantəpspor | 2 | 0 | 1 | 1 | 1 |
| 18. | Ərciyəsspor | 2 | 0 | 1 | 1 | 1 |
Fanat.az