Türkiyə PTT 1-ci liqasında XXV tura yekun vurulub. Fanat.az xəbər verir ki, Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanaspor" da növbəti matçına çıxıb.
Adana klubu "Altınordu"nun qonağı olub. Matç futbolçumuzun klubunun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Cəmşid sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Adanaspor" 28 xalla 14-cü pillədə qərarlaşıb.
Fanat.az