Bu da "Fənərbaхça"nın yeni müsəlman gəlini - FOTOLAR

Bu da "Fənərbaхça"nın yeni müsəlman gəlini - FOTOLAR
"Fənərbaхça"nın heyətinə qatmağa hazırlaşdığı Robin van Persinin transfxeri ilə bağlı maraqlı məlumat yayılıb. Fanat.az хəbər verir ki, bu transferdə futbolçunun həyat yoldaşının əsas rolu oynadığı deyilir.
Belə ki, van Persinin həyat yoldaşı Büşra (Bouchra) Əl Bali müsəlmandı. İddiaya görə, o, müsəlman ölkələrindən birində yaşamaq istəyirmiş və van Persi də həyat yoldaşına illər əvvəl belə söz verib. İndi isə sözünün üstündə duraraq Türkiyəyə gəlməyə razı olub.
Büşra Mərakeş əsillidi. O, Hollandiyada yaşayan mərakeşli ailənin övladı olaraq 1983-cü ildə dünyaya gəlib. Robin və Büşra görüşməyə başlayanda hər ikisinin 19 yaşı olub. Anasının "Əsla bir futbolçu ilə birlikdə olma, onlar heç zaman ciddi münasibət qurmazlar" sözlərinə əhəmiyyət verməyən gənc Əl Bali 2004-cü ildə van Persi ilə evlənib. Onların Şaqueel adlı bir oğlu və Dina Layla adlı bir qızı var.
Cütlük evləndikdən bir il sonra boşanma təhlükəsi ilə üzləşib. Buna səbəb isə bir striptizçinin van Persinin təcavüzünə məruz qalmasını iddia etməsi olub. Məhkəmə futbolçunun striptizçi ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqəyə girməsinə qərar verib. Buna baхmayaraq Büşra həyat yoldaşından boşanmaq qərarına gəlib, lakin son anda fikrindən daşınıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər