Bu, bizim AMALımızdır

Bu, bizim AMALımızdır
Bu gün tanınmış jurnalist Amal Abuşovun doğum günüdü. Fanat.az-ın kollektivi həmkarımızı 34 yaşının tamam olması münasibəti ilə Amal bəyi təbrik edir, ona uzun ömür, can sağlığı və karyerasında uğurlar arzulayır.
Fanat.az Mehman Suleymanovun Amal Abuşovla bağlı qələmə aldığı yazını təqdim edir.
Bu, bizim AMALımızdır
Hər bir insanın həyatda müəyyən amalı (və ya amalları) var. Onun uğrunda vuruşmaq mübarizlik göstəricisidir. Ancaq biri də var ki, amal səni həyatda təkcə yaşatmasın, həm də daim səninlə bir, ömrü boyu sənə sadiq olsun. Bu, adı Amal olan insanlardır ki, onlardan biri də idman mətbuatımızda var. Özü də təkdir (yəni yekdir) – Amal Abuşov.
Salyan torpağının təmsilçisi olan Amal də mənim kimi "Futbol-plus Qəzeti”nin yetirməsidir, onun "şineli"ndən çıxıb. Düzdür, mənim kimi daim redaksiyada çalışan reportyor olmasa da, bir çoxlarımızın üzərində böyük əməyi olan bu qəzetdə yazıları, imzası ilə tanınıb. Mənə Abuşovla bir yerdə işləmək nəsib olmasa da, onun tanındığı vaxtlar yaxşı yadımdadır. 2007-ci ilin qışı idi, “Futbol+”dən dostum Kenan Hesenovla birgə ayrılaraq, yeni yaranan apasport.az saytına getdik. Onda Şahin Diniyevin baş məşqçisi olduğu milli komandamız Qazaxıstanın Almatı şəhərində “Alma TV” kuboku uğrunda beynəlxalq turnirdə iştirak edirdi. Həmin vaxt orada yaşayan həmyerlimiz Amal Abuşov qəzetə reportajlar verirdi. Yeri gəlmişkən, əfsanəvi futbolçumuz, hazırda U-19-un baş məşqçisi olan Nazim Süleymanovla da həmin turniri izləməyə gələrkən tanış olubmuş.
Mənim Amalla qiyabi tanışlığım onda yarandı. Ancaq fəaliyyəti təkcə bununla kifayətlənməyən Abuşov sonradan da “Futbol+”də məqalələri gedirdi. Özü də bunlar adətən köşə yazılarıdı. Yaxşı qələmi olan Amal müxtəlif mövzulara münasibətini bildirir. Onun müəllif yazıları təkcə uzun illər əməkdaşlıq etdiyi qəztedə yox, müxtəlif saytlarda,o cümlədən son vaxtlar bağlı olduu sport7.az-da gedir. “Futbol”+un dəyərli baş redaktoru Mahir Rustamli bir çoxlarımız kimi, onun da idman mətbuatına gəlişində, tanınmasında böyük töhfəsini verib.
Artıq Qazaxıstanda yaşamayan, xeyli vaxtdır Azərbaycana köçən Abuşov bizlər kimi idman mətbuatı camiəsindədir, bizim AMALımızdır. O, mənim kimi, Azəraycanda böyük azarkeş kütləsi olan “Qalatasaray”lıdır.
Təbii ki, Amalın da adına uyğun olaraq həyatda öz amalları var. Arzu edirəm ki, onların hamısına da olmasa çoxuna çatasan. Sənin adın həyatda insana yaşamağa böyük stimul verən bir şeydir. Təbii ki, hər birimizin də həyatda müəyyən amalları var. Ancaq biz idman jurnalistlərinin öz sahəsiylə bağlı əsas amalı idmanımızın, futbolumuzun inkişafıdır. Təbii ki, idman mətbuatında peşəkarlığın, səmimiliyinin olması kimi şərtlər vacibdir və bu kimi amallar uğrunda çalışmaq lazımdır. İnşallah, Amalla birgə amallarımıza çataq.
Amal, səninlə bir kollektivdə çalışmasam, səninlə yol yoldaşı olmasam da, məncə, haqında yetərincə yaza bildim. Bir tədbirdə, məclisdə olduğumuz vaxtda səninlə bağlı müsbət təəssüratlarım yaranıb. Ən əsası, sən “Futbol+”un yetirməsisən, indinin özündə də orayla əlaqələrin qalıb. Bilirəm ki, həmkarlarımız arasında xətrini istəyənlər çoxdur. Arzu edirəm ki, həmişə belə sevimli insan olasan. Səni səmimi qəlbdən təbrik edirəm. İnşallah, gözəl oğlunun toyunu, xoş günlərini görəsən!!!
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər