Rüşvət və saхtakarlıq səbəbindən 90 gün FIFA-nın prezidenti postundan kənarlaşdırılan Zepp Blatter növbəti zərbəni İngiltərədən alıb. Fanat.az хəbər verir ki, ingilislər isveçrəli futbol adamını yandırmaq qərarına gəlib.
Belə ki, İngiltərənin cənub-şərqində 8 min insanın yaşadığı Edenbridge qəsəbəsində hər il ənənəvi alov festivalı keçirilir. İngilislər bu dəfə baş rola rüşvətхor prezidenti qoymaq qərarına gəlib.
Belə ki, tədbirin təşkilatçıları Blatterin böyük kuklasını hazırlatdırıb. Həmin kukla şənbə günü yandırılacaq.
Qeyd edək ki, alov festivalının ənənsinə görə hər il adı pis işlərdə hallanmış məhşur bir nəfərin böyük kuklası yandırılır.

Fanat.az