Bibers Natxo: “Abışov mənə dedi ki...”

Bibers Natxo: “Abışov mənə dedi ki...”

“Azərbaycanı məğlub etmək istəyirik. Fikrimcə buna gücümüz çatar”. Bu sözləri sentyabrın 7-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizi Ramat Qanda qəbul edəcək İsrail yığmasının oyun qurucusu Bibers Natxo deyib.

Ruslan Abışovla eyni komandada – Kazan “Rubin”ində çıxış edən yəhudi oyunçu daha sonra əlavə edib: “Abışovla münasibətlərimiz yüksək səviyyədədi. Kazanda onunla tez-tez qarşıdakı görüşdən danışır, zarafatlaşırdıq. Mənə İsraildə qələbə qazanacaqlarını deyib. Ruslanın komandasına qarşı oynamaq maraqlı olacaq. Açığı, Azərbaycanın şanslı olduğunu düşünmürəm. Öz meydanımızda oynayırıq və hədəfimiz 3 xaldı”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər